Kamçatka sahillərində sutka ərzində iki zəlzələ baş verib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, 4 bal gücündə zəlzələ Berinq dənizin sahillərində olub. Episentri 61 kilometr dərinlikdə yerləşib.
Digər seysmik hadisə Sakit okean akvatoriyasında 5,4 bal gücündə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar olmayıb.