Təyyarə qaçıranlar belə təslim oldular - Video

23-12-2016, 23:53           
Təyyarə qaçıranlar belə təslim oldular - Video
Liviyada içində 118 nəfərin olduğunu təyyarə qaçırılıb.

Axar.az xəbər verir ki, təyyarənin naməlum iki şəxs tərəfindən qaçırıldığı bildirilir. Onlar polisi təyyarəni partlatmaqla təhdid edirlər.

Məlumata görə, təyyarə hazırda Maltaya eniş edib.

16:45

Liviya mediasının yaydığı məlumata görə, "Afriqiyah Airvays" şirkətinə məxsus A320 hava layneri Maltaya eniş etdikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri azad edib, heyət üzvlərini isə hələ də girov saxlayırlar.

Təyyarəni qaçıranlar “Əl Fatih əl-Cədid” qruplaşmasının üzvləridir. Onlar Muəmmər Qəzzafinin oğlu Seyf Əl İslamın azadlığa buraxılmasını tələb edirlər.

20:35

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

Bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, - deyə C.Muskat bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.