İsraildən ABŞ-a: Yaxın dostunuzu itirdiniz

24-12-2016, 09:52           

ABŞ Yaxın Şərqdəki tək dostunu itirdi.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Energetika naziri Yuval Steintz BMT TŞ-də yəhudu məskənlərinin inşasının dayandırılması ilə bağlı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.

“Bu yaşayış sahələrinə qarşı deyil, İsrailə qarşı qəbul edilən qərardır. Yəhudi xalqına və yəhudi dövlətinə qarşı qəbul edilən qətnamədir”, - nazir bildirib.

Qeyd edək ki, BMT TŞ-də qəbul edilən 2334 saylı qətnaməyə görə, İsrail dövlətindən başda Şərqi Qüds olmaqla, Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasının hüquqi cəhətdən dayandırılması tələb olunur.

Qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermə zamanı ABŞ bitərəf qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru