Bu binada 64 min insan ölüb: dəhşətli işgəncələr, "Ölüm tuneli"... - FOTOLAR

24-12-2016, 10:19           

Amerikanın Kentukki ştatında yerləşən bu qorxulu yer “Vaverli Hills” adlı sanatoriyadır.

Bina 1910-cü ildə Vərəm xəstələrinin müalicəsi üçün tikilib. Həmin dönəmdə vərəm sağalmaz xəstəlik olduğudan, bu xəstələrdən əziyyət çəkənlər cəmiyyətdən təcrid olunmuş şəkildə saxlanılırmış. 1961-ci ildə sanatoriya bağlanılıb. Xəstəliyin müalicəsi tapılana kimi bu sanatoriyada 64 min insan həyatını itirib.

Sanatoriya bağlandıqdan bir il sonra ruhi xəstəxana olaraq yenidən fəliyyətə başlayıb. Lakin xəstələrə işgəncə etdildi üçün, xəstəxana 1982-ci ildə yenidən bağlanılıb.

Xəstəxana bağlandıqdan sonra binada bir-birinin ardınca qeyri-adi hadisələr qeydə alınmağa başlayıb. Özəlliklə də binanın 3 və 5-ci mərtəbələrində.

Binanın ən məşhur otağı isə 502 nömrəli otaq, ən qorxulu hissəsi isə ölən xəstələrin cənazə arabalarında aparıldığı “Ölüm tuneli” adlanan 150 metrlik tuneldir.

2006-cı ildə lentə alınan“Spooked - The Ghosts of Waverly Hills Sanatorium” filmi bu sanatoriyada yaşanan hadisələr əsasından ssenariləşdirilib.

XX əsrin ən qorxunc hadisələrinin yaşandığı bu tarixi məkana turistlər aparılmır. Deyilənə görə, gündüz vaxtı həmin yerdə gəzmək belə cəsarət tələb edir.(atv.az)


Bu binada 64 min insan ölüb: dəhşətli işgəncələr, "Ölüm tuneli"... - FOTOLAR














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru