Tehran-Ər-Riyad konflikti: Sisi İranı dəstəklədi, nefti kəsildi

25-12-2016, 12:18           

2013-cü ildəki çevrilişdən sonra Səudiyyə Ərəbistanının yardımı ilə hakimiyyətini qoruyan Əbdülfəttah Sisi artıq Ər-Riyadı nəzərə almadan müstəqil siyasət yürütməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə "Yeni Şəfəq" qəzetinin müəllifi Taha Kılınçın məqaləsində qeyd edilib.

Türkiyəli yazar məqaləsində ötən günlərdə Misir qəzetlərindən birində Kral Salmanın təhqir edilməsindən sonra iki ölkə arasında yeni gərgin dövrün başladığını bildirib.

Səudiyyə Sisinin neftini kəsdi

Oktyabr ayında Misirə verilən neft axınını dayandıran Səudiyyə məsələ ilə bağlı hər hansı arqument göstərmədi. Bundan sonra isə rəsmi Qahirə beynəlxalq aləmdə regionda tarazlığa təsir edəcək və Ər-Riyadı qəzəbləndirəcək addımlar atmağa başladı.

Sisi açıq şəkildə Əsədə dəstək verir

Portuqaliya kanallarından birinə danışan Sisi regiondakı münaqişələrdə milli orduları dəstəkləməli, Suriyada da ölkənin rəsmi ordusuna dəstəyi artırmalı olduqlarını söyləyib. Hətta Sisi Əsəd ordusuna dəstək vermək üçün Suriya torpaqlarına əsgər göndərildiyini də qeyd edib.

Misirdən Yəmən həmləsi

Yəmənin devrilmiş lideri Əli Abdullah Saleh gizli şəkildə Qahirədə yaşayıb. Hələ ki, rəsmi olaraq bu xəbər elan edilməsə də, Saleh özəl bir təyyarə ilə Misiri ziyarət edib, rəsmilərlə görüşüb, Yəməndəki son vəziyyəti müzakirə edib.

Qahirə-Tehran yaxınlaşması

Misirin son manevrlərindən sonra Ər-Riyad Tehranla Qahirənin yaxınlaşmasını anlayır. Belə ki, Misir Xarici İşlər naziri Samih Şükürün İranı ziyarət edə biləcəyinə dair xəbərlər ərəb mətbuatının gündəmindədir. Səudiyyənin Misirə neft axınını dayandırandan sonra İranın "Misirin ehtiyacını biz ödəyərik" açıqlaması da gündəmi zəbt etmişdi.

Birləşmiş Ərəb Əmirliyinin də dəstəyini alan Qahirə Suriyada Əsəd rejimini, Yəməndə separatçı husiləri dəstəkləyərək İranın himayəsinə zəmanət almağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.