Prezidentin oğlu prezident olmaq istəmir: “Bu, çox ağır həyat olacaq”

26-12-2016, 00:36           
Prezidentin oğlu prezident olmaq istəmir: “Bu, çox ağır həyat olacaq”
Belarus prezidenti Aleksandr Lukaşenkonun kiçik oğlu, 12 yaşlı Nikolay dövlət başçısı postunda atasının varisi olmaq arzusunda olmadığını bildirib. “Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Nikolay Lukaşenko prezident olduğu təqdirdə həyatının çox maraqsız olacağını söyləyib.
“Doğrusu, prezident olmaq istəməzdim. Bu, çox ağır həyat olacaq. Buna hazır olduğuma əmin deyiləm”, – Belarus liderinin oğlu vurğulayıb.
Nikolay gələcək karyerasını hələ seçmədiyini, həkim və ya hərbçi olmaq haqqında düşündüyünü dilə gətirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.