Avropanı şoka salan görüntülər: Əlində İŞİD bayrağı ilə Almaniya sərhədini keçdi… (Foto)

26-12-2016, 00:43           

Danimarkalı olduğunu deyən maskalı bir nəfərin əlində İŞİD bayrağı ilə Almaniya sərhədindən keçməsi Avropanı şoka salıb.
Avropa.info İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki,danimarkalı olduğunu deyən bir nəfər Avropada sərhədlərin nə qədər nəzarətsiz olduğunu göstərmək üçün əlində İŞİD-in bayrağı ilə Almaniya sərhədini keçib.
Danimarkalı gənc İŞİD bayrağı ilə Almaniya sərhədlərini keçmə görüntülərini də yayıb. O, yaydığı video görüntülərin altından bu sözləri yazıb:
“Sərhəd nəzarətindən danışırıq. Bir İŞİD-çi sərhədi necə keçə bilər? Gördüyünüz kimi sərhəd idarələri yoxdur. Sərhədlərimizdə nəzarət yoxdur. Özünüzü rahat hiss edə bilirsinizmi?”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru