Rusiya təyyarəsi elə bir gündə qəzaya uğradı ki...

26-12-2016, 10:09           

Rusiyaya məxsus Tu-154 tipli təyyarə tarixi bir gündə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hər kəs üçün 25 dekabr SSRİ-nin süqut günüdür. 25 il öncə, 1991-ci il dekabrın 25-də Qorbaçov SSRİ-nin prezidenti vəzifəsindən istefa verdiyini rəsmən elan edib və Sovetlər Birliyi adlı dövlət tarixə gömülüb.

Rusiya rəsmiləri təyyarəyə hər hansı hücum ehtimalının olmadığını bildirsələr də, məhz bu gündə faciəvi qəzanın baş verməsi böyük qüvvələr arasında yaşanan konfliktin nəticəsi olması ehtimalını da gündəmdə saxlayır. Nəzərə alaq ki, təyyarədə olan şəxslər Suriyanın Lazkiyə bölgəsində döyüşən rus əsgərlərinə dəstək üçün gedirdi.

Qeyd edək ki, Rusiyanın Soçi şəhərindən Suriyaya gedən Tu-154 təyyarəsi Qara dənizdə sahildən 6 kilometrlik məsafədə qəzaya uğrayıb. Təyyarədə 8 ekipaj üzvü, 9 jurnalist, Rusiya Müdafiə Nazirliyinin "Aleksandrov" adlı mahnı-rəqs ansamblının 64 üzvü, 8 əsgər, 2 federal hökumət üzvü olub. Jurnalistlər Rusiyanın Birinci kanalının və “Zvezda” telekanalının əməkdaşlarıdır. Bu vaxta qədər dənizdən 10 cəsəd çıxarılıb.

Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.