Netanyahu narahatdır - Obamadan ikinci zərbə

27-12-2016, 00:07           
Netanyahu narahatdır - Obamadan ikinci zərbə
Dünən axşam İsrail Təhlükəsizlik Komitəsində baş nazir Benyamin Netanyahunun başçılığı ilə keçirilən toplantıda ABŞ Prezidenti Barak Obamanın BMT TŞ-yə “İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı yeni kriteriyaların müəyyənləşdirilməsi” adlı qətnamə təqdim edəcəyi ehtimalı dəyərləndirilib.

Axar.az xəbər verir ki, bu barədə İsrail dövlət radiosu məlumat yayıb.

Xəbərdə Netanyahunun Fələstin münaqişəsi ilə bağlı Obamadan yeni siyasi zərbə alacağından ehtiyat etdiyi vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl BMT TŞ-də qəbul edilən qətnaməyə görə İsrail hökumətindən Fələstin torpaqlarında yəhudi məskənlərinin dayandırlması tələb olunurdu.

Qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermə zamanı rəsmi Vaşinqtonunun bitərəf qalmasına baxmayaraq, İsrail rəsmiləri ABŞ-ın ünvanına sərt tənqidlər səsləndirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru