Silah satışı üzrə lider ölkələrin adları açıqlanıb

27-12-2016, 10:22           

Rusiya 2015-cı ildə silah ixracına görə dünyada ABŞ və Fransadan sonra üçüncü olub.

Bu barədə "New York Times” qəzeti məlumat yayıb.

Rusiya 2015-ci ildə 11,1 mlrd. dollar dəyərində silah satıb. Bu, 2014-cü il ilə müqayisədə bir qədər azdır (11,2 mlrd.).

Dünyada ən çox silah satan ölkə, əvvəlki kimi, ABŞ-dır. 2015-ci ildə bu ölkə 40 mlrd. dollar dəyərində silah ixrac edib. İkinci yerdə Fransa qərarlaşıb – 15 mlrd. dollar. Çin 2015 ildə 6 mlrd dollar dəyərində silah ixrac edib.

Silah idxal edən ölkələrin siyahısına Qətər başçılıq edir. 2015-ci ildə bu ölkə 17 milyard dollarlıq silah alıb. 12 mlrd. dollarlıq silah idxal edən Misir ikinci yerdə qərarlaşıb. İlk üçlüyü Səudiyyə Ərəbistanı tamamlayır – 8 milyard dollar.

2014-cü ildə dünyada silah satışının ümumi həcmi 89 mlrd. dollar təşkil etdiyi halda, 2015-ci ildə müvafiq göstərici 80,0 mlrd. dollaradək düşüb./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru