“Stratfor”un 2017-ci il PROQNOZU: - “Rusiyanın Azərbaycanla əlaqələri….”

27-12-2016, 15:56           
“Stratfor”un 2017-ci il PROQNOZU: - “Rusiyanın Azərbaycanla əlaqələri….”
Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” adlandırılan “Stratfor” analitik mərkəzi 2017-ci ildə post sovet ölkələrində yaranacaq vəziyyətə toxunub. Modern.az analitik mərkəzinin proqnozlarına görə qarşıdan gələn ildə Avropa Birliyində daxili problemlər daha da şiddətlənəcək və Rusiya bundan maksimum faydalanmağa çalışacaq.

“2017-ci ildə Avropa ölkələrindəki qarışıqlıqdan istifadə edəcək Rusiya Ukrayna və digər keçmiş sovet respublikalarındakı nüfuzunu geri qaytarmağa çalışacaq. “Brexit” Avropa Birliyi daxilində ciddi ziddiyətlərin olduğunu göstərdi və Gürcüstan, Ukrayna, Moldova kimi ölkələrə Rusiya ilə daha praqmatik siyasət yürütməsinə vadar etdi”.

“Stratfor”un fikrincə, Rusiya Brüssel ilə Vaşinqtonun münasibətlərini qızışdırmaqda davam edəcək və bunun üçün kiberhücumlar, siyasi manipulasiyalar və təbliğat kampaniyalarından istifadə edəcək.

“Moskva 2017-ci ildə ABŞ və Avropa Birliyinin sanksiyalarından xilas olmağa çalışacaq. Bu Rusiya və Qərb arasında mübarizənin yeni mərhələsi demək olacaq”.

Analitik mərkəzin ekspertlərinin fikrincə, 2017-ci ildə Rusiyanın Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanda siyasi mövqeləri möhkəmlənəcək.

“Rusiyanın Azərbaycan və Özbəkistanla təhlükəsizlik sferasında əməkdaşlığın genişlənməsi gözlənilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru