Səudiyyədə eyş-işrət məclisi - POLİS BASQIN ETDİ - VİDEO

28-12-2016, 19:54           

Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri olan Ciddədə polis kişili-qadınlı içki məclisi keçirilən evə basqın edib.

Əyləncə məclisindən görüntülər "Youtube"yə yüklənən kimi polis fəaliyyətə keçib.

Videoda içki içdikləri, yarı-çılpaq olduqları görünən gənclər saxlanılıb. Şəriət qaydaları ilə idarə olunan ölkədə kişili-qadınlı spirtli içki məclisi keçirmək böyük günahdır.

Videodan göründüyü kimi, gənclər ərəb musiqisinin sədaları altında rəqs edir, içki içir, əylənir. Polis məclis iştirakçılarını dindirməyə başlayıb. İçki məclisinin təşkilatçısı hesab olunan İordaniya vətəndaşı isə sərhədi keçmək istəyərkən saxlanılıb. //apa
[media=https://www.youtube.com/watch?v=7QRl_r6CQM4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru