Rusiyaya növbəti şok - Putinin “qara qutu”su öldürüldü

28-12-2016, 22:24           

Rusiya 10 gündə 5-ci şokunu yaşayıb.

Bakipost.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvanı sarsıdan qəza və sui-qəsdlərdən sonra "Kremlin qara qutusu" adlandırılan iş adamı Oleq Yerovinkin avtomobilində ölü tapılıb.


Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdə qurban getməsi, Xarici İşlər Nazirliyində çalışan diplomat Pyotr Polşikovun evində ölü tapılması, əhəmiyyətli əməliyyatlara şahidlik etdiyi düşünülən NATO müfəttişi Yves Çandelonun başından vurulması və Qırmızı Ordu Ansanblını daşıyan təyyarənin Qara dənizə düşməsinin ardından indi də Rusiyanın energetika nəhəngi Rosneftin ikinci ən əhəmiyyətli adamı Oleq Yerovinkinin avtomobilində ölü tapılması ciddi müzakirələrə səbəb olub.

Köhnə rus kəşfiyyat generalı olan Yerovinkin "Kremlin sirr küpü” olaraq tanınıb.

Rusiya dövlət başçısı Vladimir Putinin vəzifəyə gəldikdən sonra ətrafına topladığı insanlardan biri olan Oleq Yerovinkin Rəsmi Kremllə məsləhətləşmədən təlimat verə biləcək səviyyədə yüksək səlahiyyətlərə sahib olub. Putinin "qara qutu”su hesab edilən iş adamının öldürülməsi prezidentə göndərilən mesaj kimi qəbul edilib.

Qeyd edək ki, cinayətin arxasında CİA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) olduğu düşünülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.