Rusiya xərçəngə qarşı “fantastik dərman” düzəltdiyini deyir

29-12-2016, 10:10           
Rusiya xərçəngə qarşı “fantastik dərman” düzəltdiyini deyir
İlyarımdan sonra Rusiyada xərçəngə qarşı dərman buraxılacaq.

Bunu“Rosiyya 24” televiziya kanalına Rusiyanın səhiyyə naziri Veronika Skvortsova deyib.

Nazir ilkin olaraq PD-1 adı verilən dərmanın ikinci klinik mərhələdə sınaqdan keçirildiyini deyib.

Həkimlərin sözlərinə görə, dərman artıq bir sıra pis xassəli şişlər və metastazalarla mübarizədə “Fantastik nəticə” göstərib.

Nazir preparatın uzağı ilyarıma patsientlərin istifadəsinə veriləcəyini deyib və qeyd edib ki, Rusiya alimlərinin işini bütün dünya izləyir

Məlumata görə yer kürəsində hər 3 kişi və hər 4 qadından biri xərçəngin qurbanı olur.

Təkcə Rusiyada bu xəstəlikdən təxminən 3 milyon adam əziyyət çəkir.

Hər il Rusiyada təxminən 500 min nəfərdə ankoloji xəstəliklər aşkar edilir.azpolitika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.