Bəşər Əsədin hakimiyyətdən gedəcəyi tarix açıqlandı

29-12-2016, 10:20           

Suriyanın prezidenti Bəşər Əsədin hakimiyyətdən gedəcəyi tarix açıqlanıb.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi Rusiyadakı mənbəyə istinadən yayıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın bir mənbə bildirib ki, Bəşər Əsəd 2021-ci ildə keçiriləcək prezident seçkisində bu vəzifəni başqa bir Suriya ələvisinə ötürəcək.

Mənbə növbəti seçkilərə qədər Əsəd hakimiyyətinə bəzi məhdudiyyətlər qoyulacağını, hələlik hakimiyyətin ötürülməsi ilə İranla razılığa gəlinmədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru