Yunanıstan səfiri itkin düşdü 30-12-2016, 09:49 Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.Trend xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazarertəsi görünüb.Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur.Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib. Facebook-da paylaş