Rusiya Prezidenti Vladimir Putin federal xidmətin əməkdaşlarına məhbuslara qarşı fiziki güc və odlu silahdan istifadəyə icazə verən qanunu təsdiqləyib.
Axar.az Unian-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları məhbuslara qarşı məcburiyyətdən güc tətbiq etsələr, bu barədə imkan olduqca müdiriyyətə məlumat ötürməlidirlər.