ABŞ hökuməti Rusiyanın kiber hücumları barədəhesabat dərc edib

30-12-2016, 09:59           

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu ötən gün Rusiyanın zərərli kiber aktivliyi barədə birgə hesabat dərc ediblər.

13 səhifəlik hesabatda hərbi və qeyri-hərbi qurumlar tərəfindən istifadə edilən vasitə və maddi-texniki bazanın texniki detalları əks olunub. Məlumata görə, həmin vasitələrdən ABŞ-dakı seçki prosesinə, habelə dövlət, siyasi və fərdi təşkilatlara təsir etmək məqsədi ilə istifadə edilib.

Hesabata əsasən, rusiyalı hakerlər 2015-ci ilin yayında və 2016-cı ilin yazında adı çəkilməyən siyasi partiyaya qarşı iki hücum ediblər.

Sənəddə qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan hakerlər qeyd olunan hallardan sonra da ABŞ-a qarşı hücumlar törədiblər. Sonuncu dəfə bu cür hücum 2016-cı ilin noyabrında, prezident seçkilərindən bir neçə gün əvvəl baş verib.

Hesabatda Rusiya ilə əlaqəsi olduğu ehtimal olunan 50-dək haker qrupunun adları açıqlanıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru