Sincar bölgəsində PKK-İran ittifaqı – Danışıqlarda hansı məsələlər müzakirə olunur?

30-12-2016, 12:59           
Sincar bölgəsində PKK-İran ittifaqı – Danışıqlarda hansı məsələlər müzakirə olunur?
İran İraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər uzanan bir xətt meydana gətirmək üçün iti addımlarla irəliləyir.
Avropa.info xəbər verir ki, bu xəttin üzərində yerləşən Sincar bölgəsi isə İranın üzərində dayandığı yeni bölgələrdən biridir.
İranın Aralıq dənizinə çıxa bilmək üçün irəlilədiyi xətt Sincar bölgəsindən Suriya sərhədindəki Rabia bölgəsinə qədər davam edib, Suriyanın şimalında PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindəki Qamışlı, Kobani və Afrin bölgələrini də əhatə edir.
İraq vasitəsilə Aralıq dənizinin sahillərinə qədər uzanan bu xəttin üzərində yerləşən Sincarın tam nəzarətini ələ keçirmək üçün İranın PKK ilə əməkdaşlıq etdiyi bildirilir.
İran İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar bölməsi olan Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin İraqın Süleymaniyə şəhərində PKK lideri Cəmil Bayık ilə noyabr ayında görüşməsinə dair mətbuatda xəbərlər yayılmışdı.
Əldə olunan məlumata görə Süleymani Bayıkdan PKK silahlılarını Sincara göndərməsini və orada saxlamasını istəmişdi.
Süleymani isə Bayıka PKK yaraqlılarının Sicarda qalması müqabilində təşkilata verilən hərbi və maddi yardımı artırmağa dair söz vermişdi.
İranlı komandan Bayıkdan həmçinin İraqda İranın təsiri altında olan ərazilərdə PKK-nın varlığını artırmasını da istəyib.
İki tərəf arasında baş tutan görüşün Bağdad hökumətinin PKK-ya Bağdadda hərbi və siyasi mərkəzlər qurmaq üçün ofislər ayırmasından dərhal sonra baş tutmuşdu.
PKK terrorçularının İranın dəstəklədiyi və Cəlal Təlabaninin partiyası olan KVP (Kürdüstan Vətənpərvərlər Partiyası) ilə İraqın Cələvlə bölgəsində əməkdaşlıq etməsi də heç kəsə gizlin deyil.
PKK terrorçularının Hamrin dağları və İran sərhədindəki Xanakın bölgəsi arasında olan Cələvlənin nəzarəti ələ keçirmək istəyən KVP ilə birlikdə hərəkət etdiyi bildirilir.
Buradakı məqsəd isə Xanakın, Cələvlə yolu ilə şimal-qərbdə yerləşən Mahmura və oradan da Sincar bölgəsinə bağlanaraq İraqdakı Kürd muxtariyyətinin sərhədlərinə paralel bir PKK-KVP dəhlizi yaradılmasıdır.
Qurulması planlaşdırılan bu PKK-KVP dəhlizi vasitəsilə İrandan Suriyanın şimalındakı PYD-nin nəzarətindəki Rojovaya qədər uzanan bir xətt ilə PKK-nın İrandan Suriyaya problemsiz nəqliyyatı təmin edilmiş olacaq.
Rəsmi Tehran bu yolla həmçinin həm PKK və həm də KPV ilə qurduğu və qarşılıqlı faydaya əsaslanan bu əməkdaşlıq vasitəsilə İraq Kürd Muxtariyyətinin beynəlxalq arenada bir kürd dövləti qurmasına mane olmuş olacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD-i bəhanə edərək Sincarda toplaşan PKK-nın buranı yeni bir Qəndil etməyə çalışdığını və buna icazə verilməyəcəyini açıqlamışdı.
Ərdoğan noyabr ayında verdiyi açıqlamada “İndi Qəndil dağları ilə yanaşı Sincarı da terror bölgəsi etmək istəyirlər. Sincarı onlara yar etməyəcəyik. Hesabını da soruşacağıq” demişdi.
Prezidentin sözçüsü İbrahim Kalın 26 dekabrda verdiyi açıqlamada Sincarın Mosul əməliyyatında üçüncü halqa olduğunu vurğulayaraq “PKK-nın oradakı yezidiləri bəhanə edərək oraya yerləşmək üçün səy göstərdiyini görürük və buna əsla icazə verməyəcəyik” demişdi.
İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani 24 dekabrda Sincar məsələsi ilə bağlı PKK-nın Sincarı tərk etməyəcəyi təqdirdə güc istifadə ediləcəyini bildirmişdi.
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner isə 27 dekabrda verdiyi açıqlamada PKK-nın Sincardaki varlığının danışıqlar prosesinə mənfi təsir etdiyini söyləyərək “ABŞ-ın terror təşkilatı kimi qəbul etdiyi PKK-nın Sincarda hər hansı bir rolu olmamalıdır” deyə bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.