Yunanıstan səfirini arvadının sevgilisi qətlə yetirib – FOTO

30-12-2016, 21:50           
Yunanıstan səfirini arvadının sevgilisi qətlə yetirib – FOTO
Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətli ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, itkin düşmüş diplomatın cəsədi üç gündən sonra yanmış avtomobilin salonunda Braziliyanın Nova-İquasu əyalətində aşkar edilib.

Rio-de-Janeyro hərbi polisinin 29 yaşlı əməkdaşı Serjiu Qomes Moreyra Filyu qətldə iştirakını etiraf edib. Buna səbəb isə gənc polisin səfirin arvadı Fransuaza Amiridislə sevgi münasibətləri olub.

Qeyd edək ki, səfir Kiriakos Amiridisin iqamətgahı paytaxt Brazilia şəhərində yerləşsə də, o, yay tətilini keçirmək üçün (cənub yarımkürəsində hazırda yay fəslidir) Rioya gəlib.

Qətldə ittiham edilən Serjiu Qomesin və səfirin arvadının həbsi ilə bağlı orderin verilməsi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.