Polis Yunanıstan səfirini qətlə yetirdiyini etiraf etdi

31-12-2016, 01:45           

Braziliyada polis əməkdaşı Yunanıstan səfiri Kiriakos Amiridisi qətlə yetirdiyini etiraf edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, polis cinayətin törədilməsində polis əməkdaşı ilə yaxın münasibətdə olan səfirin həyat yoldaşının da əli olduğundan şübhələnir.

Yunanıstanın itkin düşmüş səfiri Kiriakos Amiridisə məxsus yanmış avtomobil ötən gün aşkarlanıb.

Qeyd edək ki, 59 yaşlı səfir üç gün əvvəl evdən gedib və bir daha geri dönməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru