ABŞ-ın şimalında Eri gölü üzərində içində 6 nəfərin olduğu təyyarə itib.
Axar.az xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra gölün təqribən 3200 metr yükləkliyində olarkən əlaqə kəsilib. Cümə axşamı Burke Lakefront hava limanından qalxaraq Kolumbus istiqamətində gedən “Cessna Citation 525” tipli kiçik təyyarədə 3 uşaq olub. Təyyarəni təcrübədə olan bir pilot idarə edib.