Tramp: “Mən həmişə bilirdim ki, Putin çox ağıllı və müdrik adamdır”

31-12-2016, 09:24           

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Twitter hesabında Rusiya Federasiyasının prezidenti Vladimir Putin haqqında xoş sözlər yazıb.

Ölkə.Az xəbər verir ki, Tramp Putinin Obamaya rus diplomatlarla bağlı verdiyi sərəncama cavab olaraq Putinin daha müdrik davrandığını bildirib.

“Putin çox gözəl taktika işlədib. Mən həmişə bilirdim ki, Putin çox ağıllı və müdrik adamdır”, - deyə Tramp bildirib.

Qeyd edək ki, dekabrın 29-da ABŞ prezidenti Obamanın imzaladığı sərəncama görə, 35 rusiyalı diplomatı ABŞ-dan çıxarılır. Putin isə buna cavab olaraq Rusiyanın belə bir addım atmayacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru