«ABŞ ticarət savaşında Çinə uduzacaq» – Bloomberq proqnoz edir

31-12-2016, 10:03           
«ABŞ ticarət savaşında Çinə uduzacaq» – Bloomberq proqnoz edir
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2017-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin Xalq Respublikası (ÇXR) arasında ticarət savaşı başlaya bilər ki, bu savaşda Vaşinqton məğlubiyyətə məhkumdur. Bunu «Bloomberq» yazır.

Honkonq Şəhər universitetinin professoru Ceyms Vana hesab edir ki, Çin və Hindistan yeni geopolitik mərkəzlər yarada bilidikləri bir halda, inkişaf etmiş ölkələr «iqtisadi və siyasi iflic» nümayiş etdirirlər.

Belə bir şəraitdə ABŞ və Çin arasında ticarət müharibəsi başlaya bilər və bu müharibədə Pekinin açıq-aşkar üstünlükləri olacaq. Çin dövlət resursları üzərində sərbəst şəkildə sərəncam verə və həmkarlarını dəstəkləyə bilər. Bu zaman, özəl Çin şirkətləri dövlət korporasiyaları ilə müqayisədə yetərli siyasi nüfuzun olmaması səbəbilə, zərər çəkə bilərlər.

Əgər ABŞ Çinə qarşı idxal-sanksiya tarifləri tətbiq edərsə (Donald Tramp bundan əvvəl belə hədələrlə çıxış edib), bu, Çinin ümumi daxili məhsulunu (ÜDM) 3,0 faiz azalda və dünya iqtisadiyyatna zərər vura bilər.

Bu zaman Amerika şirkətləri («Apple» və «Walmart» da daxil olmaq şərtilə) də zərər çəkərlər. Çin də öz növbəsində, «Boeinq» təyyarələrinə olan sifarişlərini ləğv edə və ABŞ-dan idxalı məhdudlaşdıra bilər. Bu addım ABŞ-da inflyasiyanı yüksəldə və daxili istehlakı aşağı sala bilər. Son nəticədə, ticarət savaşında Çin qalib gələr.
Məlumat üçün bildirək ki, cari ilin dekabr ayında Çinin maliyyə nazirinin müavini Çju Quanyao bəyan etmişdi ki, Trampın siyasəti ucbatından Çinlə ABŞ arasında çoxillik ticarət müharibəsi başlaya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.