Tramp Yeni ili 800 nəfər qonağının əhatəsində keçirəcək – Stallone də məclisdə olacaq

31-12-2016, 10:06           
Tramp Yeni ili 800 nəfər qonağının əhatəsində keçirəcək – Stallone də məclisdə olacaq
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp 2017-ci ili özünün Floridadakı iqamətgahında – 800 qonağın əhatəsində keçirəcək. Bu barədə xəbəri cümə günü «The Hill» nəşri yayıb.

Xəbərə görə, həmin axşam məclisində məşhur kino aktyoru Silvestr Stallone və musiqi prodüsseri Kuinsi Cons da iştirak edəcək.

«Mar-a-Laqo» iqamətgahında qonaqlara əvvəlcə kokteylin təklif ediləcəyi planlaşdırılır. Bunun ardınca bayram şam yeməyi, sonra isə rəqslər olacaq.

Trampın arvadı Melaniya və kiçik oğlu Barron da Yeni ili onunla birlikdə qarşılayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru