Lukaşenko da təsdiqlədi: “Putin ittifaqı”nın mühüm sənədi

31-12-2016, 19:05           
Lukaşenko da təsdiqlədi: “Putin ittifaqı”nın mühüm sənədi
Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İttifaqı çərçivəsində gömrük kodeksini imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Belarus prezidentinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, gömrük kodeksi bir müddət öncə Avrasiya İttifaqının liderlərinin Moskva sammitində imzalanıb. Belarus lideri bu sammitdə iştirak etmədiyinə görə onu imzalamamışdı.

Avrasiya İttifaqına beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru