BMT TŞ Moskva və Ankaranın Suriyaya dair qətnaməsiniyekdilliklə qəbul edib

1-01-2017, 10:23           

BMT Təhlükəsizlik Şurası dekabrın 31-də Suriyada atəşkəsin tətbiq edilməsinə dair Rusiya və Türkiyənin təklif etdiyi qətnaməni yekdilliklə qəbul edib.

BMT TŞ əldə olunmuş razılaşmaları nəzərə alaraq, Rusiya və Türkiyənin Suriyadakı səylərini dəstəklədiyini bəyan edib.

TŞ üzvləri Cenevrədə fevralın 8-də baş tutacaq Suriya danışıqları ərəfəsində Astanada keçiriləcək görüşün vacib addım olduğunu qeyd ediblər.

Bundan başqa, BMT TŞ Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünü dəstəklədiyini təstiqləyib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru