Uçuşdan əvvəl huşunu itirən sərxoş pilot həbs olunub 1-01-2017, 21:12 Kanada polisi Calgary aeroportunda uçuşdan əvvəl pilot kabinasında huşunu itirən sərxoş pilotu həbs edib.Sunwing aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri 37 yaşlı pilotun qəribə davranışını görərək hüquq-mühafizə orqanlarına xəbər veriblər.“Onlar [pilotun] kürsüdən yıxıldığını gördülər. Bu [təyyarənin] kapitanı idi” – Calgary şəhərinin polis nümayəndəsi deyib.Polis pilotun qanında alokoqol həcminin maksimal səviyyədən 3 dəfə artıq olduğunu bildirir.Cancun şəhərinə yollanan təyyarə öz uçuşunu başqa pilotla başa vurub.Hadisə vaxtı hava laynerinin göyərtəsində 99 sərnişin və 6 heyət üzvü olub.Sunwing-in nümayəndələri “çox çətin vəziyyətdə” düzgün hərəkət edən heyət üzvlərinə minnətdarlığını bildiriblər.Aviaşirkət həmçinin hadisəyə görə üzr istəyib.Pilotun adı məhkəmə prosesinə kimi açıqlanmır.(bbc azəri) Facebook-da paylaş