Rusiyanın bütün diplomatları ABŞ-ı tərk edib

1-01-2017, 21:24           

ABŞ administrasiyası tərəfindən bu ölkədən çıxarılmış Rusiya diplomatlarını daşıyan təyyarə paytaxt Vaşinqtondan səmaya qalxıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının bu ölkədəki səfirliyinin mətbuat xidmətindən "RİA Novosti" agentliyinə bildirilib.

Səfirlikdən bildiriblər ki, diplomatların olduğu təyyarə səmaya qalxıb və hamı onunla uçub.

Mətbuat xidmətindən həmçinin onu da əlavə ediblər ki, uçuşdan əvvəl ekipaj komandiri diplomatların Moskvaya istiqamət alan uşaqlarının Kremldə Yolka şənliyinə dəvət edildiklərini elan edib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Rusiyanın bir sıra diplomatlarına, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunan şəxslərə, habelə digər rəsmi və fiziki şəxslərə, müəssisələrə qarşı sanksiyaları tətbiq edib. Onlar ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etməkdə və Rusiyada işləyən Amerika diplomatlarına təzyiq göstərməkdə ittiham edilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru