ABŞ səfirliyindən İstanbul teraktı ilə bağlı açıqlama

2-01-2017, 07:53           
ABŞ səfirliyindən İstanbul teraktı ilə bağlı açıqlama
ABŞ hökuməti “Reina” gecə klubu da daxil olmaqla, öncədən müəyyənləşdirilən ərazilərdə terror təhdidi ilə bağlı məlumatlara malik deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi məlumat yayıb.

“ABŞ hökuməti müəyyən məhəllə və ərazilərlə bağlı amerikalılara xəbərdarlıq etməyib. Türkiyə və ABŞ hökumətləri terror olayının araşdırılması üçün yaxından əməkdaşlıq edir. Dünən gecə “Reina” gecə klubunda baş verən olayı kəskin şəkildə qınayırıq. Silahlı hücum zamanı ölənlərin ailə və yaxınlarında başsağlığımızı veririk”, - bəyanatda bildirilib.

Xatırladaq ki, “Hürriyət” qəzeti ABŞ kəşfiyyatının hücumdan xəbərdar olduğunu, hadisədən 10 gün öncə “Reina” gecə klubunun rəhbəri Məhməd Qoçarslana bu barədə məlumat verildiyini iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru