ABŞ Putin və ətrafına yeni zərbə hazırlayır

2-01-2017, 07:54           
ABŞ Putin və ətrafına yeni zərbə hazırlayır
Respublikaçı-senator Lindsi Qrehem Kiyevə səfəri ərəfəsində “Azadlıq Radiosu”na intervyusunda bəyan edib ki, Amerikanın qanunverici şəxsləri 2017-ci ildə Rusiyaya yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Gələn il biz mövcud olanlardan əlavə yeni sanksiyalar tətbiq etməyə hazırlaşırıq. Bu sanksiyalar Rusiyanın bank və enerji sektoruna, FSB-yə, Putin və onun yaxın ətrafına təsir edə biləcək”, – Qrehem bəyan edib.


Onun fikrinə görə, “Rusiyanı dəyişməyə məcbur edəcək yeganə yol Putin iqtisadiyyatına və onun özünə Rusiyanın fəaliyyətinə görə böyük bədəllər ödətdirməkdir”. “Buna görə də gözləmək olar ki, 2017-ci ilin başlanğıcında hər iki partiyanın dəstəyi ilə konqres Rusiya iqtisadiyyatına kritik zərbələr vuracaq yeni sanksiyaların qəbuluna çalışsın”, – respublikaçı-senator bildirib.

O, həmçinin ümid edib ki, 20 yanvarda vəzifə başına gəlməli olan ABŞ-ın yeni prezidenti Donald Tramp həmin qanunu imzalayacaq. Qrehemlə Amerika deleqasiyasının tərkibində Kiyevə səfər edən senator-respublikaçı Con Makkeyn də ABŞ-dakı seçkilər vaxtı kiber-hücumlara görə anti-Rusiya sanksiyalarının genişlənəcəyini istisna etməyib.

“Mən əminəm ki, konqres yeni sanksiyaları təsdiq edəcək. Bilmirəm, Tramp onları imzalayacaqmı. Ancaq əgər bizlərdən 3-də 2-i leyhinə səs versə, onlar qanun halını alacaq”, – deyə Makkeyn bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru