Yerevanın mərkəzində yüksək rütbəli rusiyalı hərbçinin meyiti aşkarlanıb

2-01-2017, 14:04           
Yerevanın mərkəzində yüksək rütbəli rusiyalı hərbçinin meyiti aşkarlanıb
Dünən, yanvarın 1-də, Yerevanın mərkəzində yerləşən “Drujba” (“Dostluq”) mehmanxanasının otaqlarının birində rusiyalı yüksək rütbəli hərbçinin meyiti aşkarlanıb. Bunu “Ermənistan xəbərləri” portalı xəbər verib.

Digər erməni saytı “Shamshyan.com” bildirib ki, 45 yaşlı Viktor Yemelyanov Ermənistandakı Rusiya hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Virtualaz.org həmin mənbəyə istinadən bildirir ki, meyiti aşkarlanmış şəxsin rütbəsi mayor olub. Məhkəmə-tibbi ekspartizanın gəldiyi ilkin rəyə görə, cəsədin üzərində zorakılıq əlamətləri tapılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru