Rüşvət almaqda ittiham olunaraq həbs edilən Misir Dövlət Şurasının baş katibi Vail Şilbi təcridxanada intihar edib. Virtualaz.org xəbər verir ki. bu məlumatı yerli “Əl-Əhram” saytı yayıb.
Ötən həftə Misirin Baş Prokurorluğu Dövlət Şurasının başçısının həbsinə order vermişdi. O, rüşvətxorluqda ittiham edilirdi.
Vail Şilbi ilə birlikdə Ali İnzibati Məhkəmənin iki əməkdaşı da həbs edilmişdi.