Çexiyada prezidentə yumurta atmaq olar 3-01-2017, 10:48 Praqada Çexiya prezidenti Milosh Zemana yumurta atılması cinayət deyil.Çexiya televiziyasının məlumatına görə, belə bir qərarı Praqa məhkəməsi çıxarıb.Məhkəmənin qərarına əsasən bu cür hərəkət inzibati xətadır.İnsident 2014-cü ilin noyabrında keçmiş kommunist rejiminin yıxılmasına həsr edilmiş abidənin açılış mərasimində baş verib.Həmin vaxt Zemanın siyasətinən narazı qalan bir qrup adam onu fitə basıb və yumurta atmağa başlayıblar.Yumurtalardan biri, Almaniya prezidenti Yoaxim Qaukla yanaşı dayanan Zemana dəyib.Bunu yaramazlıq sayan polis işi yerli hakimiyyət orqanlarına göndərib.Onlarsa bunu yaramazlıq belə saymayıb.Amma bir qədər sonra məmurlar qərarlarını dəyişərək işi polisə qaytarıblar.2016-cı ildə isə iş prokurorluğa, sonra isə məhkəməyə göndərilib.Prezidentin nümayəndəsi bildirib ki, Zeman istintaqa müdaxilə etmək və ya həmin adamı cəzalandırmağa çağırmaq fikrində deyil. Facebook-da paylaş