Məşhur modelyer də terror qurbanı oldu - Bollivud yasda

3-01-2017, 14:12           
Məşhur modelyer də terror qurbanı oldu - Bollivud yasda
Yeni il gecəsi 39 nəfərin həyatını itirdiyi İstanbulda baş verən Reina qətliamı ilə bağlı yeni məlumat və fotolar yayımlanır.

Terror zamanı həyatını itirənlərdən biri də hindistanlı məşhur modelyer Khushi Shah olub. 27 yaşlı modelyer həmin günü yaşadığı Qucərat əyalətinin Vadodara şəhərindən iş üçün İstanbula gedib.

Terrorda həyatını itirən başqa bir hindlinin isə Bollivudda prodüser kimi fəaliyyət göstərən Abis Rizvi olduğu bildirilib. Eks-deputatın oğlu olan Rizvi, həmçinin Mumbayda "Rizvi Group" tikinti şirkətinin də rəhbəri olub.

Qeyd edək ki, rejissorun ölüm xəbərini alan bir çox Bollivud ulduzu Rizvinin evində olub.(Qafqazinfo)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru