İrandan Türkiyə və Rusiya ilə razılığa reaksiya: "Çıxmayacaq"

4-01-2017, 01:02           

Türkiyə və Rusiya ilə əldə edilən atəşkəs sazişinə baxmayaraq, Hizbullah Suriyadan çıxmayacaq.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

Vilayəti Rusiyanın Suriyada İranın maraqlarını görməzdən gəlməsi ilə bağlı iddialara da münasibət bildirib: "Tehran və Moskva Suriya məsələsində koordinasiyanı hələ də davam etdirir. Suriyanın gələcəyi və sülh danışıqları Dəməşq hökuməti və dostları fonunda keçiriləcək. Bu ölkənin hökuməti və xalqının iradəsi xaricində sülh danışıqları aparmaq təşəbbüsündə olanlar qətiyyən bu işin içində yer almayacaq. Hizbullahın atəşkəs müqaviləsindən sonra Suriyadan çıxacağı barədə iddialar düşmənlərin təbliğatıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru