«Mayn Kampf»ın təkrar nəşri Almaniyada ötən ilin satış hiti olub

4-01-2017, 10:02           
«Mayn Kampf»ın təkrar nəşri Almaniyada ötən ilin satış hiti olub
Adolf Hitlerin «Mayn Kampf» kitabının təkrar nəşri şərhlərlə birlikdə, Almaniyada ötən ilin satış hiti olub. Bu barədə «Taqesşpigel» nəşri xəbər verib.

İl ərzində kitabın planlaşdırılmış 4 minlik nüsxəsi əvəzinə, 85 min nüsxəsi satılıb. Bu ay ərzində artıq kitabın altıncı tirajı çapdan çıxmalıdır.

Xatırladaq ki, «Mayn Kampf» kitabını Adolf Hitler 1924-cü ildə yazıb. Bir sıra ölkələrdə kitab ekstremist material elan olunub.

Qeyd etmək yerinə düşərdi ki, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı 2002-ci ildən başlayaraq, «Mayn Kapmf» kitabını Türkiyə ləhcəsindən Azərbaycan ləhcəsinə çevirərək, qəzetin saylarında səhifə-səhifə dərc edib. Buna görə o, hətta məhkəməyə də çəkilib.AzPolitika.info/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.