Tanınmış terrorçu qadın həbs edildi

5-01-2017, 13:01           
Tanınmış terrorçu qadın həbs edildi
Yunanıstanın Antiterror Xidməti səhər saatlarında uzun müddətdir axtarışda olan terrorçu qadın - 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

P.Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur. Polanın da iştirakçısı olduğu "İnqilabi mübarizə" anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.

P.Rupa xüsusi axtarışda olan terrorçuların siyahısında olub. Pola və həyat yoldaşı N.Maziotis barədə məlumat verəcək şəxsə bir milyon avro mükafat təqdim ediləcəyi elan olunmuşdu.

Xatırladaq ki, N.Maziotis 2014-cü ildə Afinada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru