İsveçdə xaos: Böyük tıxaclar və qəzalar... - Foto

6-01-2017, 09:16           
İsveçdə xaos: Böyük tıxaclar və qəzalar... - Foto
Qar, buz və mənfi temperatur İsveç yollarında xaosa səbəb olub.

Axar.az xəbər verir ki, son iki gündə ölkədəki hava şərtləri ilə əlaqədar rekord sayda yol qəzaları qeydə alınıb.

İki böyük qəza Upsala şəhərinin şimalındakı E4 avtomobil yolunda qeydə alınıb. Qəzaların birində 30, digərində 15 avtomobil toqquşub. Elvdalen şəhəri yaxınlığında da partlayıcı təhlükəli qaz balonları daşıyan yük maşınının iştirakı ilə böyük qəza baş verib.

Qeyd edək ki, bu günlərdə İsveçin bəzi yerlərində güclü qar yağıb, 40 dərəcədən də çox şaxta qeydə alınıb, yollarda tıxaclar yaranıb. Bəzi şəhərlərdə ictimai nəqliyyat işləmir, şəhərlərarası qatarların işində də böyük gecikmələr müşahidə olunur. Yol xidmətləri qəzaların qarşısını almaq üçün avtomobil istifadəsindən çəkinməni tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru