ABŞ kəşfiyyatı: Rusiya seçkilərdə Klintona mane olmağa çalışıb

7-01-2017, 09:30           
ABŞ kəşfiyyatı: Rusiya seçkilərdə Klintona mane olmağa çalışıb
Rəsmi Moskva ABŞ-da keçirilmiş seçkilərdə Demokrat partiyasının namizədi Hillari Klintona mane olmağa çalışıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Tədqiqatlar Bürosu və ABŞ Milli Təhlükəsizlik Agentliyinin məruzəsində bildirilir.

“Rusiyanın məqsədi ABŞ cəmiyyətinin demokratik prosesə inamını sarsıtmaq və Hillari Klintona prezident seçilməsinə mane olmaqdan ibarət olub”, məruzədə qeyd edilib.

Ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru