Baş nazir:“Üç minə yaxın tunisli İŞİD sıralarına qoşulub”

7-01-2017, 09:38           

İndiyədək üç minə yaxın tunisli İŞİD terror qruplaşmasının sıralarına qoşulub.

Bu barədə “Der Spiegel” jurnalına müsahibəsində Tunisin baş naziri Yusif Şahid bildirib.

“Apardığımız hesablamalara əsasən, bu günədək 2929 Tunis vətəndaşı İŞİD sıralarına qoşulub. Onların əksəriyyəti döyüşlərdə həlak olub. Lakin təbii ki, qlobal problemə çevrilən terrorizmin milləti, mənsubiyyəti yoxdur. Ümid edirəm ki, Anis Amrinin Berlində törətdiyi terror aktı Tunislə Almaniya arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacaq”, deyə Y.Şahid qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri üç gün sonra İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru