Səudiyyəli qadınların hüquqları barədə video rekord qırır – VİDEO

7-01-2017, 22:29           

Səudiyyə Ərəbistanda qadınlara qarşı ayrı-seçkiliyə diqqəti cəlb edən musiqi videosu sosial şəbəkələrdə milyonlarla izləyici toplayıb.
“Hwages” (qayğılar) adlı video Səudiyyə Ərəbistanda qadınların diyircəkli taxta sürməsini, basketbol oynamasını və rəqs etməsini göstərilir.
“8ies” media şirkəti tərəfindən hazırlanmış və Youtube-a dekabrın sonu yüklənmiş videonu üç milyondan çox insan izləyib.
Mahnının sözlərində “təki Allah bizi kişilərdən xilas etsin” ifadələri var.
Video kişilərin dominant olduğu Səudiyyə Ərəbistan cəmiyyətində bəzi qadınların məyusluğunu göstərir.
Kişilər qadınların nə ilə məşğul olmasına qərar verirlər. Misal üçün qadınlar xaricə getmək və ya ali təhsil almaq istəsələr cəmiyyətdə onlara məsuliyyət daşıyan kişilərdən icazə almalıdırlar. (BBC)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru