Yadplanetlinin üçbarmaqlı əli tapıldı -Fotolar

8-01-2017, 13:03           
Yadplanetlinin üçbarmaqlı əli tapıldı -Fotolar
Paranormal olayların bir qrup tədqiqatçısı iddia edir ki, Perunun Kusko şəhərindəki qazıntılar zamanı yadplanetli məxluqun mumiyalanmış iri ölçülü əli tapılıb.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Bundan əlavə, əlin tapıldığı yerin yaxınlığında uzunsov kəllə də tapılıb.

“Mirror” nəşrinin yazdığına görə, hələlik heç bir tanınmış universitet, yaxud ayrıca alim bu tapıntının məhz yadplanetliyə məxsus olduğunu təsdiqləməyib.Tədqiqatçılardan biri- turist kompaniyasının rəhbəri olan Brayan Fersterin dəvət etdiyi mütəxəssislər əldə hər biri 6 falanqadan ibarət 3 barmaq olduğunu müəyyən ediblər. Rentgen analizi göstərib ki, doğrudan da tapıntı sümük və dəridən ibarət bioloji obyektdir.


Bu günlərdə “yadplanetlinin sümükləri”nin yaşını müəyyən etmək və tapıntının yerdənkənar mənşəli olduğunu dəqiqləşdirmək üçün radio-karbon və DNT analizlərinin də aparılacağı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru