Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb

8-01-2017, 13:23           
Kiyev Məhkəməsi Yanukoviç barəsində həbs qərarı çıxarıb
Kiyevin Peçersk məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin və Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Vitali Zaxarçenkonun “kilsə işi” üzrə həbsi barədə qərar çıxarıb.

Bu barədə “112 Ukrayna” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə Baş Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Yanukoviç və Zaxarçenkonu həbs etməyə razılıq verib. Bu, həmçinin Kiyev milisinin keçmiş rəisi Valeri Koryaka da aiddir.


Müstəntiqin sözlərinə görə, şübhəli şəxslər istintaqdan və məhkəmədən gizlənirlər. Onları saxlamaq və hüquqi tədbirlər görmək üçün məhkəməyə gətirmək lazımdır.

Zaxarçenko, Yanukoviç və Koryak Ukraynanın pravoslav kilsəsinin nümayəndəsi Aleksandr Drabinkonun azadlıqdan qanunsuz məhrum edilməsində şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, Yanukoviç və onun ətrafı mərhum mitropolitə vəzifəsindən uzaqlaşmaq üçün təzyiq göstəriblər.

(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru