Donbasda altı Ukrayna hərbçisi yaralanıb

8-01-2017, 19:39           

Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik məlumat verib.

“Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb”, – deyə o bildirib.


(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru