İranın keçmiş prezidenti vəfat etdi

9-01-2017, 01:32           
İranın keçmiş prezidenti vəfat etdi
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.

Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün bu gün xəstəxanaya yerləşdirilmişdi. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 – 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.


***

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.

Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980 – 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru