Həccdə yeni qaydalar –Zəvvarlar üçün yeni məcəllə qəbul edilib

9-01-2017, 01:35           

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarların hüquqlarının qorunması üzrə məcəllə qəbul edib.

Strateq.az SPA-ya istinadla xəbər verir ki, sənəd nazirliyin rəsmi saytında yerlşdirilib.

Məcəlləyə əsasən, zəvvarların şikayətlərinin qəbulu üzrə əlaqə mərkəzi yaradılacaq. Nazirlikdən bildirilib ki, xarici zəvvarların hüquqlarının gözlənilməsi üçün monitorinqlər keçiriləcək. Yaşayış yeri, qidalanma və nəqliyyat üzrə şikayət və qeydlərə xüsusi komitədə baxılacaq. Bu kimi xidmətlərdə keyfiyyətsizlik nümayiş etdirən şirkətlərin lisenziyaları ləğv ediləcək, ya da cərimələnəcəklər.

Bundan başqa, Həcc və Ümrə Nazirliyi şikayətçi zəvvarların təmsilçisi kimi məhkəmələrdə onların hüquqlarını müdafiə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru