ABŞ-da İrana məxsus göydələn müsadirə edilib

1-07-2017, 08:33           

Nyu-Yorkun andlılar məhkəməsi İrana məxsus “göydələn” binanın müsadirə edilməsi barədə qərar çıxarıb. Yerli mətbuat xəbər verir ki, 36 mərtəbəli bu bina Manhetten şəhərinin mərkəzində yerləşir. Bina İran-Amerika “Ələvi” Xeyriyyə Fonduna məxsusdur. Məlumata görə, “Ələvi”nin işi ilə bağlı araşdırma 9 il sürüb.


Qeyd edək ki, 2009-cu ildə ABŞ-da fəaliyyət göstərən iranmeylli “Ələvi” Fonduna qarşı sanksiya tətbiq olunub. Araşdırma zamanı onların İslam Respublikası tərəfindən idarə edildiyi aşkarlanıb. Fondun "ianə" şəkilində yığdığı maliyyə vəsaiti ABŞ universitetlərinə sərf edilib. ABŞ-ın tanınmış Kolumbiya Universiteti 2007-ci ildə İranın o vaxtkı prezidenti Mahmud Əhmədinijata çıxış etmək üçün şərait yaratdığına görə bu fonddan 100 min dollar məbləğində "yardım" alıb.

Bundan başqa, "ələvi"lər Nyu-Cersidəki Ratgers Universitetinə çox böyük məbləğdə maliyyə vəsaiti ayırıblar. İş o yerə çatıb ki, fonddan yardım alan universitet professorlarından Huşəng Əmirəhmədi fəaliyyətində və bəyanatlarında ABŞ-ın terrorçu kimi tanıdığı “Həmas” və “Hizbullah”ı açıq-aşkar dəstəkləyib. ABŞ dövlət orqanlarının rəsmi açıqlamalarına görə, hazırda “Ələvi” Fondunun hesabında 650 milyon dollar var.

Bu fond 2005-2007-ci illərdə Ratgers Universitetində fars dilinin tədrisi üçün 351 min 600 dollar “ianə” ayırıb. İran üzrə amerikalı mütəxəssis Maykl Rubinin qənaətinə görə, dil öyrənmək adı altında maliyyə ayırmaları əslində İran hakimiyyətini dəstəkləyən universitet professorlarına yardım kimi verilib.

Xəbərdə bildirlib ki, bina 500 milyon dollardan 1 milyard dollaradək qiymətə satıla bilər. Həmin məbləğ beynəlxalq terrorçuluğun qurbanlarına xərclənəcək. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru