Dünyanın ən gizli otağı– Bura daxil olanın özü, bütün ailəsi öldürülür

15-07-2017, 00:41           
Dünyanın ən gizli otağı– Bura daxil olanın özü, bütün ailəsi öldürülür
Bura girənin özü, bütün ailəsi öldürülür

Şimali Koreya dünyanın ən qapalı ölkəsidir. Bura kənardan heç kim icazəsiz daxil ola bilməz. Ölkəyə icazə alaraq girən xarici vətəndaşların ətrafında isə daim agentlər gəzir. Bütün dünyanın ortaq ünsiyyət vasitəsi olan internet, Şimali Koreyada qadağan olunub, xalq tərəfindən istifadə edilmir. Ölkədə fəaliyyət göstərən telekanallar isə dövlətdən asılıdır.

Moderator.az xəbər verir ki, Şimali Koreyada dünyanın girilməsi bəlkə də ən çətin yeri olan, adına “39-cu otaq” deyilən yer var. Bu otağa girən adamın cəzası ölümdür. Bura daxil olanın təkcə özü yox, bütün ailə üzvləri ölümə məhkum olunur.

Bu otaqda dünya narkotik ticarətinin sirləri, İsveçrə banklarındakı pul köçürmələri və silah ticarəti kimi çox sayda qeyri-qanuni işin edildiyi bir quruluş olduğu deyilir.
Başqa iddiaya görə “Otaq 39” kəşfiyyat məlumatlarının araşdırıldığı və saxlandığı yerdir. Amma otağın nə məqsədlə istifadə olunduğu dəqiq bilinmir.Bunlar sadəcə iddialardır. Təsdiqini tapmış məlumat budur ki, “otaq 39”dünyanın girilməsi ən çətin olan yeridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.