HƏMAS-dan Abbasla bağlı sərt açıqlama

15-07-2017, 08:41           

Fələstin lideri Mahmud Abbasın Qüdsdəki olayı qınaması onun sionist rejimlə eyni mövqedə olması anlamına gəlir.

Axar.az xəbər verir ki, bu sözləri HƏMAS təşkilatının sözçüsü Əbdüllətif Kanu deyib.

“Abbasın Qüdsdəki olayı qınamasını qəbul etmirik. Bu, işğala qarşı xalqımızın mübarizə haqqını qəbul etməmək və milli iradənin ziddinə getməkdir”, - sözçü bildirilib.

Qeyd edək ki, səhər saatlarında Qüds şəhərində Məscidi-Əqsada baş verən silahlı olayda 3 fələstinli və 2 İsrail polisi öldürülmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.